Baş Prokurorluq bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən 20 yaşlı S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalarla bağlı açıqlama yayıb.

Prokurorluqdan Mia.az-a verilən məlumata görə, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcək.