Bakıda kirayə yaşadığı evdə otaq yoldaşının pulunu və telefonunu oğurlan şirvanlı tutulub.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Yardımlı rayon sakini R.Məmiyevin Bakı şəhərində kirayədə yaşadığı evdən 967 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən onunla birgə yaşayan Şirvan şəhər sakini C.Ağayev saxlanılıb.