Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az Virtualaz.org-a istinadla bildirir ki, prosesdə ittiham aktı elan edilib.

Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.

Prosesdə iş üzrə 21 şahid dindirilib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.