Tbilisidə iki silahlı şəxs Çitaya küçəsində yerləşən “Spar” supermarketinə basqın edib.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.
Həyata keçirilən xüsusi əməliyyat nəticəsində qarətçilər həbs olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı istintaqa başlanılıb/Report.