Şamaxı rayonunda qanunsuz silah-sursat saxlanmasına qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, əməliyyatı Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.