Sabirabad sakinində narkotik aşkarlanıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bildiq kənd sakini S.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun qohumuna məxsus evdə gizlətdiyi 3 kq 120 qram marixuana götürülüb.