Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları nöbəti əməliyyat keçirib.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Terequlovun yaşadığı evdən “Marqolin” markalı tapança, 1 904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülüb.