Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 33 cinayətin üstünü “isti izlər”lə açıblar.
Mia.az DİN-ə istinadla xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".