Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

Hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəmnində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır/Report.