Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər güllələnib.

Mia.az Report-a istinadla xəbər verir ki, həmin şəxslərə evə qayıdarkən naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açıblar.

Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Faktla bağlı istintaqa başlanılıb.