Kürdəmir rayonunda yaşadığı evi icazəsiz tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb.

Məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstəliyinin analizi pozitiv çıxmış və hazırda virusun daşıyıcısı olan rayonun Mollakənd kənd sakini, 1983-cü il təvəllüdlü Mirzəyeva Giləxanımın yaşadığı evi icazəsiz tərk etməsi halı polis əməkdaşları tərəfindən müəyyən edilib.

Giləxanım Mirzəyeva yaşadığı evdən 7.5 km aralıda yerləşən işlədiyi istixanaya gedərək virusun digər insanlara keçməsi təhlükəsi yaratmışdır. Dərhal Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Giləxanım Mirzəyeva saxlanılmış onunla profilaktik söhbətlər aparıldıqdan sonra yaşadığı evə geri gətirilmişdir. Onun barəsində Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılmış və istintaq işləri aparılır. Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.