06-11-2018 [21:25]
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Teleqraf.com-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- ABŞ-da Konqresin Nümayəndələr Palatasına və Senata seçkilər keçirilir. Mümkün nəticələr haqqında fikriniz nədən ibarətdir?
- ABŞ siyasi sistemini, ictimai-rəyini dərindən bilən amerikalı mütəxəssislərin rəyi belədir ki, Nümayəndələr Palatasında demokratlar çoxluğu əldə edəcək, amma yuxarı palata hesab olunan Senatda respublikaçılar kiçik fərqlə üstünlüyünü saxlayacaq.
- Yəni seçkilərdən sonra qeyri-adi siyasi proses yaşanmayacaq?
- Əgər proqnozlar düz çıxsa və aşağı palata olan Nümayəndələr Palatasında demokratlar çoxluğu əldə edəcəksə, bu ciddi dəyişiklik demək olacaq.
- Hansı dəyişikliklər ola bilər?
- Demokratlar Prezident Donald Trampa qarşı araşdırmaları dərinləşdirəcək. Nəzərə alın ki, aşağı palatada bir sıra komitə və komissiyaların sədri demokratlardan olacaq. Həmçinin bu halda Tramp administrasiyasının bir sıra istiqamətlər üzrə qanunvericilik təşəbbüsünü bloklana bilər. Bu da, ABŞ-ın həm daxili, həm də xarici siyasətində öz təsirini tapacaq.
- Təsirlər nədən ibarət ola bilər?
- Məncə, Trampın həm daxili, həm də xarici siyasətinə təsir edəcək. Çünki qanunvericilik sahəsində Trampın ciddi problemləri yaranacaq. Administrasiyanın irəli sürdüyü qanunları demokrat konqresmenlər bloklamağa çalışacaqlar. O cümlədən aşağı palatada Trampın əl-qolunu bağlayacaq qanunlar qəbul ediləcək. Bu həm daxili, həm də xarici siyasətlə əlaqəli olacaq.
Digər tərəfdən, xüsusi prokuror Mülllerin apardığı təhqiqat genişləndirilə bilər. İmpiçment məsələsi qoyula bilər. Yəni həm daxili, həm də xarici siyasətdə Tramp üçün ciddi problemlər yaranacaq. Prezidentin komandasında yeni istefalar və ya prezidentin kimlərisə işdən uzaqlaşdırması halları ola bilər. Təbii ki, daxili siyasət kimi xarici siyasətin də aktual problemləri var.
- Demokratlar qalib gəlsə Trampın impiçmenti proseduruna başlanıla bilərmi?
- Bizim cəmiyyətdə impiçmentlə bağlı düşüncə bir qədər fərqlidir. Sizə deyim ki, impiçment hələ prezidentin vəzifədən kənarlaşdırılması demək deyil. İmpiçment ola bilər, amma vəzifədən uzaqlaşdırma çətindir. Bunun üçün Konqresin hər iki palatasının üçdə ikisinin səsi lazımdır. Senatda isə respublikaçıların çoxluğu nəzərə alınsa, bu mümkünsüz görünür. İmpiçment məsələsi aşağı palatada qəbul oluna bilər, amma vəzifədən kənarlaşdırma real görünmür. Üstəlik Ali Məhkəmə proseduru da var.
ABŞ konstitusiyası və qanunları əsasında prezidenti vəzifədən uzaqlaşdırmaq çox mürəkkəbdir. Adətən təcrübədə belə olub ki, impiçment olub, amma sonradan prezidentin özü istefa verib. Trampın xarakterini nəzərə alsaq, impiçment olsa belə, onun könüllü istefası mümkün görünmür. Bu istefa yalnız o zaman baş verə bilər ki, xüsusi prokuror Mülllerin apardığı araşdırma çərçivəsində Trampa qarşı, xüsusilə onun Rusiya ilə əlaqələrinə dair ciddi faktlar ortaya qoyulsun, prezidentin yalan ifadə verməsinə dair ciddi sübutlar ortaya çıxarılsın.
- Seçkilərdən sonra demokratlar Trampın Rusiya ilə bağlı siyasətini tormozlaya bilərmi?
- Mümkündür. Ötən ilin avqustunda Rusiya, İran və Şimali Koreyaya qarşı qanun layihəsi qəbul edildi. Qanunda Trampın bu sanksiyaları ləğv etmək hüququ məhdudlaşdırılıb. Hətta belə nümunələr var. Demokratlar seçkini udsa daha da güclənəcəklər, amma onların qarşısını alan ciddi bir siyasi məqam var.
- Siz, hansı məqamı nəzərdə tutursunuz?
- Məsələn, tutaq ki, Trampa impiçment elan olundu və o, istefaya getdi. Bu halda onun vəzifəsini kim yerinə yetirəcək? Sözsüz ki, vitse-prezident Mayk Pence. Bu isə demokratlar üçün daha əlverişsiz variantdır. Mənim fikrimcə, demokratlar aşağı palatada səs çoxluğunu əldə etsə belə strategiya dəyişməyəcək: Trampı maksimum sıxışdırmaq, zəiflətmək və idarə edilən Trampla qalan iki ili başa vurmaq, növbəti seçkiyə getmək və respublikaçıları məğlub etmək. Məncə, demokratlar bu strategiyaya üstünlük verəcəklər.
- Hətta sabiq prezident Barak Obama da son bir həftədə mitinqlərdə iştirak edərək insanları demokratlara səs verməyə dəvət edir...
- Əsas hədəf odur ki, Konqresin aşağı palatasında çoxluq əldə edilsin və demokratlar yuxarıda qeyd edilən strategiyanı rahat həyata keçirə bilsinlər.
- Maraqlıdır, prokuror Robert Müllerin apardığı və Trampa qarşı olduğu şübhə doğurmayan "Rusiya izi” araşdırması nə zaman başa çatacaq?
- Məncə, bu araşdırmanı indiyə qədər uzatmaqda məqsəd bu gün keçirilən seçkilərin nəticəsini gözləmək olub. Yəni demokratlar çoxluq qazansın ki, araşdırmanın həm dərinləşdirilməsi üçün Konqresdən daha güclü dəstək alınsın, həm də araşdırmanın nəticələri ortaya qoyulan zaman daha təsirli olsun. Böyük ehtimalla Donald Tramp ifadə verməyə çağırılacaq. Zənnimcə, məqsəd seçkilərdə demokratların daha güclü çıxmasına nail olmaqdır. Bu halda Trampın üzərinə daha güclü getmək imkanı yaransın.
- Senatın üçdə birini və Nümayəndələr Palatasını respublikaçılar götürsə, nə olacaq?
- Bu halda tam tərsinə olacaq, Trampın əli güclənəcək, özünü rahat hiss edəcək. Xüsusən diqqəti xarici siyasətə yönəldəcək. Nəzərə alsaq ki, iki partiyalı siyasətə dəstək olacaq, həmçinin yəhudi lobbisinin dəstəyi var, bu halda Tramp davam edəcək. Üstəlik Tramp Konqresdə qanunvericilik təşəbbüsü baxımından problem yaşamayacaq və qanunvericilik təşəbbüsləri imkanından daha faydalı istifadə edəcək. Habelə daxili siyasətini daha inamla həyata keçirəcək.
Onu da nəzərə alın ki, ABŞ daxilində orta sinif və iş adamları, əməkçilər arasında Trampın əhəmiyyətli dərəcədə dəstəyi var. Çünki Trampın daxili siyasətinin hədəflərindən birinin investorların ölkə daxilinə investisiya qoymağa cəlb etmək, iş yerləri açmağa təşviq etmək və vergiləri azaltmaqdır. Bu həm biznes dairələrinin, həm də əməkçilərin maraqlarına uyğundur. Odur ki, hər iki palatada respublikaçılar üstünlük əldə edə bilsə, Tramp ABŞ daxilində daha güclü mövqe əldə edəcək.
- Həm də xarici siyasətdə daha aqressiv olacaq?
-Bəli. Xüsusən iki partiyalı dəstək olan istiqamətlərdə. Bu istiqamətlərdən biri də İran məsələsidir.
Məşhur müğənni narkotiklə tutuldu - FOTOLAR
Rusiya MN açıqladı: "Daha iki yaşayış məntəqəsini ələ keçirdik"
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinə yeni müdir təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb
Qəzzada savaş qızışıb: İsrail hərbçiləri bələdiyyə binasına od vurub, HAMAS yaraqlıları isə...
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik" - Elçin Əmirbəyov
"Beşiktaş"dan Di Maria ilə bağlı açıqlama: "Gündəmimizdə deyil"