Seymur Baycan: "Qan Turalı zantaj olunub"

img

14-01-2013 [04:05]


Yazıçı-publisist Seymur Baycan elitar.info saytına verdiyi müsahibəsində yazar həmkarı Qan Turalını ittiham edib. O bildirib ki, Qan Turalının Anardan aldığı müsahibə onun özünün faciəsidir və o, bu faciəsini özü də başa düşür: "Gedib müsahibə almaq olar. Mən özüm vaxtilə hər tip insandan müsahibə almışam. Məsələni Qan Turalının da üzərində qoymaq istəmirəm. Reallıq özünü göstərir. Bir vaxtlar ölkənin ən oxunaqlı yazarından olan Qan Turalı hamını qoyub qarşısına danlayırdı, mübarizənin necə aparılması haqqında yazılar yazırdı və qələminin də kəsəri vardı. Ancaq bu gün onun baş verən proseslərə demək olar ki, təsir imkanları yox dərəcəsindədir. Çünki Qan Turalının qələmi həqiqətin gücündən məhrum olubdu. Yəni o onun gücü deyildi ki, balaca boyu və yüngül çəkisi ilə bu qədər tutarlı şeylər yaza bilsin. İstedadlı insandır, savadlı insandır, münasibətimiz olub, bir yerdə olmuşuq. Amma mən təəssüf edirəm. Kim nə edirsə özünə edir. Yəni insan yaxşılıq da edirsə özünə edir, pislik də edirsə özünə edir. Yəni o uşaq deyil, öz faciəsini çox yaxşı başa düşür. Mənim üçün onu yerə yıxıb başını yazıyla kəsmək su içmək qədər asandır. Sadəcə mən bunu eləmək istəmirəm. Turalı mən pulgir insan hesab eləmirəm. Ya Turala 500 manatlıq qonaqlıq verdin, ya da bir stəkan çay içib, adama bir ?paçka? siqaret çəkdin, eyni şeydir. Çünki yaxından tanıyıram. Mənim hələ də qarşımda sual var: Niyə belə oldu?". Yazarın sözlərinə görə, Qan Turalı bu addımı ilə həm də şantaj edilib. Bu şantaj isə onu proseslərdən kənarda qalmaq məcburiyyətində qoyub: "Bir tərəfdən də mən özüm məsuliyyət hissi keçirirəm. Çünki Turalın tanınmasında və cəmiyyətə təqdim olunmasında az-çox mənim də rolum olub. Dəfələrlə yazısında yazıb ki, mən vaxtilə Seymurun yazıların oxuyub müəyyən mənada təsirlənmişəm. Bu mənada onun hərəkətlərindən doğan suallar mənə də ünvanlanır. Amma mən belə başa düşürəm ki, Tural şantaj olunub. Bəlkə də mən özüm-özümə təsəlli verirəm, bəlkə də mən onu daha yüksək qiymətləndirirəm ki, yox, belə şey ola bilməzdi. Amma düşünürəm ki, burada hardasa şantaj elementləri var. Ölkəmizdə çox insanlar şantaj olunub. Bizim sadəcə bilinənlərdən xəbərimiz var. Bilinməyənlər, sakitcə kənara çəkilənlər var ki, onlar şantajın nəticəsidir"

Digər xəbərlər
SON XƏBƏRLƏR