Müstəqil qəzetlərə qarzı basqı davam edir

img

15-07-2012 [03:54]


Son aylar müstəqil qəzet və yayım firmalarına qarşı başladılmış kompaniya davam edir. İyulun 14-ü gecə saat 03:15 radələrində qəzet yayımı ilə məşğul olan ?Qasid? firmasının daha bir köşkü götürüldü. ?Azərbaycan? kinoteatrı yaxınlığındakı götürülən köşkdə satıcı işləyən Hüseyn Soltanov qəzetimizə açıqlamasında bildirdi ki, köhnə köşkün yerində təzəsi qoyulacaq: ?Aldığımız məlumata görə, bu gecə ?Qasid? yayım firmasına qarşı əməliyyat keçiriblər. Bakıda firmaya məxsus nə qədər köşk var hamısını yığışdırıblar?. Qeyd edək ki, hökümətin müstəqil mətbuatın çökdürülməsi planı davam edir. Qəzet köşklərinin yığışdırılması, qalanlarınsa gözdən uzaq yerlərdə qoyulması, səyyari satışın (əl yayımı) demək olar ki, tamamilə sıradan çıxarılması, yeni köşklərdə müstəqil qəzet satışına qeyri-rəsmi qadağa və son olaraq ?Qasid?lə bağlı baş verənlər bunu sübut edir. ?Yeni Müsavat?a daxil olan məlumata görə, hazırda ?Qasid?in çökdürülməsinin son mərhələsi gedir. Burada da məqsəd ilk növbədə sözügedən yayım firmasını, dolayısı ilə qəzet yayımına nəzarəti bir ələ cəmləməkdir. Abunə ilə bağlı proses isə artıq başa çatdırılıb. Başqa firmaların, eləcə də ?Qasid?in abunəsi demək olar ki, qalmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA