Fərəc Quliyev və Elçibəyin qardazı oğlu Hürrü Əliyev arasında görüz keçirilib

img

18-11-2010 [06:09]


17.11.2010 tarixində Milli Dirçəliş Hərəkatının baş qərargahında MDH lideri Fərəc Quliyev və Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev arasında görüş keçirilib. Xatırladaq ki H.Əliyev də öz namizədliyini 31 saylı suraxanı II seçki dairəsindən irəli sürmüş və F.Quliyevin 12 opponentindən biri olmuşdur. Hansı ki F.Quliyev bu dairədən millət vəkili seçilib. Tərəflər arasında gələcəkdə birgə fəaliyyət haqda məsələlər müzakirə olunmuş, həmçinin deputatlığa namizəd olmuş H. Əliyev 07 noyabr parlament seçkilərində demokratik seçki nəticəsində Fərəc bəyin qalib gəlməsi münasibətilə onu təbrik etmişdir. F.Quliyev isə öz növbəsində keçmiş opponentinə təşəkkür edərək bu mandatın sadəcə milli maraqların həyata keçirilməsi üçün bir vasitə olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR