09-01-2018 [15:28]
Son günlər sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi abonentlərin SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb.
Bəzi abonentlər "Azəriqaz” əməkdaşlarını sayğacın göstəricilərini düzgün qeyd etməməkdə ittiham edirlər. Onların sözlərinə görə, "Azəriqaz” rəsmiləri ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alıb: "Nəticədə bizə təqdim edilmiş bildirişdə yanvar ayında istehlak olunmuş qazın həcmi dekabr ayında sərfiyyat kimi qeydə alınıb. Bununla da ötən il limiti keçən abonentlər üçün yanvarın ilk günlərində istehlak olunmuş qazın bir kubmetrinin dəyəri 20 qəpikdən hesablanıb”.
Smart İTRON məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar isə iddia ediblər ki, onlar bu ilin yanvar ayında ödəniş etsələr də "mavi yanacaq”ın qiyməti "Azəriqaz” tərəfindən bəyan edildiyi kimi limit çərçivəsində 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb.
"Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev "APA-Economics”ə bildirib ki, ötən ilin dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatıb və cari il üçün limitin hesablamasına start verilib.
Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də bildirişlərin verilməsi istirahət və bayram günlərinə təsadüf etdiyindən yanvar ayının ilk həftəsi bu proses artıq yekunlaşdırılıb: "Sayğacların göstəricisində yaranmış fərqin olub-olmamasını aydınlaşdırmaq üçün abunəçilər yerli qaz xidmətinin satış şöbəsinə müraciət edə bilərlər”.
"Azəriqaz” rəsmisi Smart İTRON məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar üçün qazın bir kubmetrinin 20 qəpikdən hesablanması məsələsinə də aydınlıq gətirib: "Smart İTRON məişət qaz sayğacından istifadə edən abunəçi kartına 10 manat yükləyirsə, bu, 100 kubmetr qaz deməkdir. Sayğacın göstəricisi qazın sərfiyyatını manatla deyil, kubmetr ilə göstərir. Bəzən abunəçilər sayğaca vəsaiti daxil edirlər və sayğac 100 kubmetr göstərdikdə, istehlakçılar bunu 10 manat kimi başa düşürlər. Bəzi abonentlər sayğacın kartına 10 manat yükləyir. Bundan sonra da deyirlər ki, sayğacda 10 manat yoxdur, onun göstəricisi 5 manatdır. Yəni, 100 kubmetr deyil, bu göstərici 50 kubmetrdir. Abonentin müraciəti əsasında bazaya baxanda isə aydın olur ki, abonent sayğacın smart-kartına dekabr ayında ödəniş edib. Əgər limiti keçibsə, artıq bu bazada kartın uçotu 20 qəpik tarifi ilə oturub. Yəni, dekabr ayında ödəniş edib, yanvar ayının ilk günlərində əgər sayğaca bu 10 manat daxil edibsə, orada 100 kubmetr deyil, 50 kubmetr göstərəcək. Yəni, vəsait baxımından onu 5 manat kimi göstərəcək”.
İ.Kərbalayev xatırladıb ki, "Azəriqaz” ötən ilin sonunda abonentləri Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limitin 2018-ci ilin 1 yanvar tarixindən başlayaraq smart-karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacağı barədə məlumatlandırıb: "Yəni, smart-karta ödəniş ötən ilin dekabr ayında aparılıbsa və bu vəsaiti sayğaca yanvar ayında daxil edirsə, verilmiş limiti də keçibsə, o zaman bu abonentlər 10 qəpik tarifi ilə deyil, 20 qəpik tarifi ilə ödənişli qazdan istifadə edəcəklər. Ancaq bu ilin yanvar ayının 1-dən etibarən smart-karta ödənişi aparılıbsa, təbii ki, yeni 1700 kubmetr limitin verilməsi ilə əlaqədar "mavi yanacaq”dan 10 qəpik tarifi ilə istifadə edəcəklər. Bu barədə əvvəlcə məlumatlar verildiyindən, istehlakçıların böyük əksəriyyəti artıq məlumatlı idilər. Bununla belə İstehlakçıların ünvanladığı bütün suallar cavablandırılıb. Bir daha bəyan edirəm ki, istehlakçılara 1700 kubmetr təbii qaz limiti illik olaraq hesablanır. Ötən il yanvar ayının 10-na qədər bu proses yekunlaşıb. Bu il bu proses daha tez yekunlaşdırılıb”.
İ. Kərbəlayev bildirib ki, bu gün "Azəriqaz”ın mütəxəssisləri tərəfindən monitorinq aparılıb: ”Mexaniki qaz sayğacları istifadə edən abonentlərin 20 faizi ayrılmış illik limiti keçiblər”.
Sayğacın göstəricisinə abonent tərəfindən nəzarət etməyin mümkün olduğunu deyən İ.Kərbəlayev vurğulayıb ki, fərq olacağı təqdirdə abonent yaşadığı rayonun yerli qaz xidməti sahəsinin satış şöbəsinə və yaxud Regional Qaz İstismar İdarəsinə müraciət edə bilər.
APA
Bakı - Brüssel: vazkeçilməz ittifaq...- TƏHLİL
Ağdamda ər arvadını baltalayıb
Bakıda Xalq artistinin oğlu döyülüb
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb
WUF13-lə bağlı iclas - Dünya parlamentlərinə çağırış olunub
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı