“Toku” bol, “Şousu” olmayan aparıcı

img

30-05-2017 [12:45]


Bu gündən etibarən 10may.az saytında "Televiziya aparıcılarını tanıyaq ” rubrikası altında tanınmış aparıcıların qüsurlarını və uğurlarını olduğu kimi nəzərinizə çatdıracağıq. İlk hədəf isə "Lider” TV-də yayımlanan "Panoram ” və "Mövqe” verlişlərinin aparıcısı Vüsal Məmmədovdur.

Yersiz qalan aparıcı

Vüsal Məmmədovun apardığı verlişlər kifayət qədər ciddi və analitik yükü olan verlişlərdir. Həmçinin Vüsal Məmmədovun mövzu seçimi günlə səsləşir və buna görə maraq yaradır. Amma, Vüsal Məmmədov verlişlərə aparıcılıq edən zaman ilk növbə də özünə istinad nöqtəsi tapa bilmir. Halbu ki, kifayət qədər enerjisi olan aparıcı hərəkətli olmağa üstünlük verməli və studiyanın tək sahibinə çevrilməklə yanaşı, istədiyi nöqtəni istinad nöqtəsi edə bilər. Ancaq bu hələ ki, baş vermir.

Qəzet dilində danışan aparıcı və qonaqları

Vüsal Məmmədovun tele aparıcı kimi ciddi qüsurlarından biri də qəzet dilində danışmasıdır. Halbu ki, mürəkkəb cümlələrdən uzaq olmalı, sualı daha sadə şəkil də tamaşaçıya çatdırmalıdır. Bu olmadığına görə də bəzən Vüsal Məmmədovun sualı, qonağın verdiyi cavabdan daha maraqlı və nəticə çıxartmağa kifayət edir. Bu səbəbdən əksər hallarda aparıcının qonaqları aparıcının yanında çox miskin görünürlər. Ümumiyyətlə Vüsal Məmmədov "növbətçi” şərhçilərdən, politoloqlardan bir az uzaq durub, yenio simaların aşkarlanmasına xüsusi fikir verməlidir. Qeyd edək ki, aparıcının dünyagörüşünün həddindən artıq çox olması ona əngəllər də yaradır. Çünki verdiyi suala aldığı cavab , cavab yox əksər hallarda söz yığını olur. Görünür buna görə də aparıcı studiyada bəzən qonaqlardan yorulur. Bəlkə də bu belə görünür. Nəyə görə belə düşünürük?. Ona görə ki, aparıcı qonaq cavab verən zaman az qala 30 saniyyədən biri "ıhı” deməklə söhbətin az qala bitməsini qəbul etmədiyi Allahdan istəyir. Bəzi hallarda isə "aydındır” sözünü təkrarlamaqla qarşıdakının susmasını istəyir. Bunun isə iki səbəbi var. Birinci səbəb budur ki, qarşısındakının verdiyi cavabı özü öncədən bilir və hesab edir ki, tamaşaçı da bunu bilir və məlum olan nəyinsə haqqında uzun-uzadı danışmağı yersiz hesab edir. İkinci səbəb isə budur ki, əksər qonaqlar təkrarçılığa çox yer verirlər ki, bu da göstərir ki, qonaq seçimi uğurlu deyil.

Kamera səddini aşa bilməyən aparıcı

Aparıcı studiyada kameradan çəkindisə deməli ən böyük problem məhz budur. Aparıcı kameradan yaxa qurtarıb tamaşaçı ilə bir başa ünsiyyətə keçə bilirsə deməli onda problemin 80 faizi həll olunub. Amma Vüsal Məmmədov tək-tək hallarda bir başa ünsiyyətə keçə bilir. Bunun isə əsas səbəbi gülməli görünsə də müzakirəyə çıxartdığı mövzunu, ekspertindən yaxşı bilməsidir. Belə olan halda tərəflər arasında intellektual bərabərlik pozulur və bununla da aparıcı üçün normal mühit pozulur. Bəzi hallarda müşahidə olunur ki, Vüsal Məmmədov ümumiyyətlə qonağı danışan zaman , tamam başqa mövzu haqqında düşünür. Bu isə Vüsal Məmmədovu kameradan aslı vəziyyətə salır.

Toku var, şousu yox

Vüsal Məmmədovun problemlərindən biri də bdur ki, qonaqları həddindən artıq çox olur. Bu o zaman maraqlı olardı ki, qonaqlar arasında fikir ayrılığı olsun və belə olan halda qonaqların çox olması problem yaratmır. Əksəinə ziddiyətli fikir toqquşması effekt verir. Bir haldakı verlişdə ki, qonaqların hamısı qatığın ya ağ və yaxud qara olmasını deyəcəksə, onda bu qədər eksperti bir araya gətirmək maraqlı deyil. Vüsal Məmmədovun apardığı tok-şoulara ümumilikdə yanaşanda görürük ki, burada "tok” var, "şou” isə yoxdur. Ümumilikdə Vüsal Məmmədov yeganə aparıcılardandır ki, studiyada artistlik etməyi sevmir və daha çox çalışır ki, məsələnin ciddiliyini tamaşaçıya çatdırsın. Düzdür, mütəxəssislər hesab edir ki, aparıcının mütləq şəkil də artistliyi olmalıdır. Amma Vüsal Məmmədovun yanaşma tərzi sübutlayır ki, efir səmimiyyətini qoruyub saxlamaqla, artistlik etməmək də olar.

10may.az-in analitik qrupu



Digər xəbərlər
SON XƏBƏRLƏR