Daxili işlər naziri: "Ərdoğan olmasa idi, bu ölkədə yaşayan hər kəs..."

img

28-04-2017 [21:12]


Türkiyənin Daxili işlər naziri Süleyman Soylu ötən gün FETÖqruplaşmasına qarşı həyata keçirilən genişmiqyaslı əməliyyatla bağlı maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, nazir dünənki  "Məhrəm imamlar əməliyatı" adlı əməliyyatı 15 iyuldan bu günə qədər olan ən böyük əməliyyat adlandırıb.

DİN rəhbəri deyib ki, artıq FETÖ sökülmə mərhələsinə mərhələsinə daxil olub:

"Artıq söhbət bir sökülmədən gedir. Xüsusi ilə dünənki "Məhrəm imamlar əməliyyatıı" ilə əldə edilən nəticə belə deməyə əsas verir. Millətimiz səbrli olsun. Dövlətimiz qərarlıdır, bu məsələdə qarşılığı nə olursa olsun, bütün addımlar atılır və bundan çəkinməyəcək".

Soylu deyib ki, əməliyyat və onun təfərrüatları ilə bağlı heç nə gizli saxlanılmayacaq: 

"Bu FETÖ terror təşkilatının qarşısını dövlət və millət alacaq. Hansı qurumda olursa olsunlar, onlar təmizlənəcək. Məqsədimiz Türkiyənin bir daha belə müsibətlə qarşı-qarşıya qalmamasını təmin etməkdir. Buna görə bütün güc qurumlarında araşdırmalarımız davam edir".

Nazir "FETÖ"nun sadə bir təşkilat olmadığına da diqqəti çəkib: 

"Bu təşkilat illərdir şeytani planlarla Türkiyə dövlətini ələ keçirməyə çalışan, xeyli insanı da əsir alan bir təşkilatdır. Bunlar nəinki Türkiyəyə, hətta ətrafımızdakı ölkələrə, dünyaya ayaqbağı olublar. Təəssüf ki, hələ də bəziləri bu təşkilatın məkrinin fərqində deyil. 

İnanın, Prezident Ərdoğan olmasa idi, bu ölkədə yaşayan hər kəs indi FETÖ terror təşkilatının əsarəti altında idi. Kimsə bir addım atmazdı bu ölkəyə. Bəli, yenə deyirəm, Ərdoğan olmasaydı, bu qərarlıq olmasaydı, bu gün azad vəmüstəqil bir ölkədə yaşamayacaqdınız".

Xatırladaq ki, "Mərhəm imam əməliyyatı"nın şəxsən FETÖ lideri Fətullah Gülənin təlimatı ilə təyin olunan polis "imam”ının  həbsindən sonra əldə olunan informasiyalar əsasında keçirildiyi bildiirilir. 

Məlumata görə, həbs olunduğu əsnada üzərində olan rəqəmsal arxivi məhv etməyə çalışan "imam” hər şeyi etiraf edib və onun yüksək səviyyəli təşkilat üzvü olduğu üzə çıxıb.

Hadisədən sonra dərinləşən istintaq nəticəsində arxivdəki məlumatlar araşdırılmağa başlanıb. Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən yaradılan xüsusi istintaq qrupu işləri tamamladıqdan sonra əməliyyata start verilib.

Arxivdən çıxan polis işçiləri ilə bağlı siyahının çoxu müəllimlərdən ibarətdir və FETÖ-nün həmin siyahıda təxminən 5 min polis imamının adının mövcud olduğu müəyyən olunub. 5 min imama nəzarət edən baş imamın adı isə hələlik gizli saxlanılır.

Rəqəmsal arxivdən çıxan siyahı 3 kateqoriyadan ibarətdir. İlk kateqoriyada 5 min nəfərlik polis imamı ilə onların nəzarətində olan FETÖ-çü polislərin adları və onlar haqqında geniş məlumat yer alır.

İkinci kateqoriyada FETÖ ilə heç bir bağı olmayan təxminən 180 min polislə bağlı ətraflı məlumatlar var. Polis rəislərindən tutmuş ən aşağı rütbəli polislərə qədər qələmə alınan siyahıda polislərin adları, onların həyat yoldaşları, uşaqları və özəl həyatlarına dair məlumatlara yer verilir.

Üçüncü kateqoriyada isə FETÖ-dən ayrılan polislərin adları, təşkilatdan hansı səbəblə ayrıldıqları və yenidən təşkilata necə qaytarılmaları lazım olduğuna dair qeydlər yer alır. Bu şəxslərin adlarının qarşısında isə "ayrıldı”"geri qaytarıla bilər”, "itirildi” və "xəyanət etdi” kimi dəyərləndirmələr var.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı