Nəsimi İcra Hakimiyyəti tələbələri topladı - “Gənclərinin Zəfər Yürüşü” aksiyası (FOTO)

img

06-04-2017 [21:54]


Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı  tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, Aprel döyüşlərinin ildönümü münasibəti ilə Gənclərin  Zəfər yürüşü təşkil edilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, aprel ayının 6-da ali təhsil müəssisələrinin tələbələrinin, idarə, müəssisə  və  digər təşkilatların nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə yürüş keçirilib. 

Əllərində Azərbaycan bayraqlarını tutmuş  böyük gənclər  izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək Vətənə, Bayrağa və Xalqımıza olan  ehtiram və sevgilərini bildirirdilər. Yürüşdə 5 minə yaxın gənc  iştirak edib.

 Dövlət Bayrağı Meydanında orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin ifası səsləndirilib. 

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrində -  Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri daha fəal iştirak etdilər və xüsusilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinin tələbələrinin apardıqları böyük Azərbaycan bayrağı izdihamlı yürüşə xüsusi rəng qatııb.

Yürüşdə iştirak edən Nəsimi rayon gəncləri bildiriblər ki,  tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.




Digər xəbərlər
SON XƏBƏRLƏR