"Neftçi" lider "Qarabağ"ı devirdi

img

29-11-2015 [19:34]


Topaz Premyer Liqasında XIV turunda bu gün Azərbaycan derbisi baş tutub.

Ölkə çempionatlarının bütün mövümlərində iştirak etmiş "Neftçi" və "Qarabağ" "Bakcell Arena"da üz-üzə gəlib. Oyunun taleyini bir qol həll edib. 65-ci dəqiqədə fərqlənən Rəhman Hacıyev "Neftçi"yə qələbə qazandırıb.

Bu "Neftçi" və "Qarabağ" arasında çempionatdakı 62-ci matç olub. İndiyədək "ağ-qaralar" 18, ağdamlılar 20 qələbə qazanıb, 24 matçda qalib müəyyənləşməyib (top fərqi - 59:60). "Neftçi" son 9 oyunda "Qarabağ"a qalib gələ bilməmişdi. Ağdamlılar əzəli rəqiblərinə sonuncu dəfə 2013-cü ilin 4 mayında yenilmişdi. Komandalar arasında ilk dövrədə baş tutan oyunu 1:1 hesabı ilə yekunlaşmışdı.

Qeyd edək ki, ilk iki gündə 3 oyun baş tutub. AZAL "Sumqayıt"ı 2:0, "Zirə" "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə yenib, "Kəpəz" - "İnter" matçında hesab açılmayıb - 0:0. Tura sabah keçiriləcək "Qəbələ" - "Rəvan" oyunu ilə yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA