Generallara meydan oxuyan polis rəisi haqda iddia - BDYPI-də şübhəli oyunlar

img

17-02-2015 [10:25]



 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimovun az öncə Bakının yol polisləri haqqında işlədiyi sərt ittiham diqqəti yenə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin üzərinə yönəldib.

 

Xatırladaq ki, Eldar İbrahimov DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun da iştirak etdiyi parlamentin iclasında yol polislərini «dana» adlandırmaqdan çəkinməyib:

 

«Siz serjantlardan soruşun ki, Milli Məclsin maşınlarının nömrəsi hardan başlayır, harda qurtarır? Prezident Aparatının nömrələri hardan başlayır, hardan qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilmədirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Amma deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma da gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm, oxuyun ki, orada nə yazılıb. Mənə deyir, bu kitabçadan hamıda var da.  Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu "dana”, üzr istəyirəm, haradan gəlib? Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir. Yəqin ki, heç Məhkəmə-Hüquq Şurasının üzvlərini də tanımırlar. Demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq.  Amma onlara başa salın ki, bizə küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar. Cavan uşaqlara bunları başa salmaq lazımdır».

 

Deputatın yol polisinin rəhbərlyiini  silkələyən bu açıqlamasına cəmiyyətin tanınan simalarından dəstək gəlməsi , vəziyyətin heç DYP rəhbərliyi, xüsusən idarə rəisi Nuşirəvan Səfərov üçün xoş təəssürat yaratmadığı görünür. Doğrudur, bu ittihamdan sonra Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov deputata belə bir çıxışı dolayısı ilə yaraşdırmadığını dedi.

 

Diqqətçəkən digər bir məqam isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Əsədovun daha ehtiyyatlı açıqlama verməsi oldu. O, deputatın ittihamına iki cümlə ilə münasibət bildirib, yol polisləri ilə marifləndirmə işlərinin hər gün aparıldığını deməklə kifayətləndi. Bu isə cəmiyyətdə Vaqif Əsədovun deyilən iradları qəbul etməsi qənaətini gücləndirdi. Bununla yanaşı, gündəmi məşğul edən "dana" məsələsinə cəmiyyətin nüfuzlu insanlarının da dəstək verməsi, söylənilənlərin ağır təhqirləri özündə birləşdirməsinə baxmayaraq, olayı böyütdü. 


Elə bu məsələyə münasibət bildirən keçmiş baş prokuror Əli Ömərov deputat Eldar İbrahimova dəstək verərək, «polisdə mərifətli, qanacaqlı, ədalətli, millətini sevən insanlar olsa da, eləsi də  var ki, danadan da şüursuzdur» deyərək, bəzi məqamları da açıqlaması da vəziyyətin necəliyini göstərir:


 «Gəlin etiraf edək ki, belələri də var. Ona görə də gəlin Elda İbrahimoivu da qınamayaq. Sizə bir misal çəkim. Tutaq ki, yolla getdiyin yerdə qayda-qanunu pozmadığına əminsən, amma "QAİ" səni saxlayır. Tutaq ki, saatda 100 kilometr sürətlə getməli olduğun yolu 80 sürətlə getmisən. Amma səni saxlayır və gözünün içinə ağ yalan deyir ki, sürət həddini aşmısan. Başa salırsan ki, ay qardaş, belə deyil axı, bu cürdür. Öz dediyinin üstündə durub sənədlərini tələb edir. Sən də verməyəndə əlbəyaxa olur. Artıq burada vətəndaş gücüsüdür. Çünki polisə müqavimət cinayəti əmələ gəlir...».


Sabiq baş prokuorun sonuncu cümləsindəki fikiri qüvvətləndirən və paytaxtda belə halları göztərən xeyli faktlar da var.

 

Belə faktlardan biri haqqında «Reytinq»in ötən sayında məlumat verilib.  Billdirilib ki, bu yaxınlarda  99 AA 499 nömrə nişanlı "Range Rover” markalı avtomobilin sərxoş sürücüsü "BMW” markalı avtomobilin sürücüsünü həyat yoldaşının yanında yumruqlayıb. Ancaq hadisə yeriən gələn 10 YP 756 nömrəli yol polisinin əməkdaşları heç nə olmamış kimi olaya seyrçi qalmaqla yetməyib, hadisə yerini sürətlə tərk ediblər. Həmin xəbər fotolorla birgə əksər saytlarda yayıldı. Amma görünən odur ki, Nuşirvan Səfərov yol polisinin adına xələl gətirən bu hadisə ilə bağlı əziyyət çəkib, aydınlaşdırıcı açıqlama da vermədi. Cəmiyyət isə bu harınlamış adamın kim olduğunu da bilmədi.

 

Bu məsələ ilə bağlı «Reytinq» qəzeti müəyyən araşdırma aparıb. Aydın olub ki, 99 AA 499 dövlət nömrə nişanlı maşın "Clear" mehmanxanasının sahibinə məxsusdur. Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən həmin 4 ulduzlu mehmanxananın sənədlər üzərində sahibi isə fiziki şəxs Məmmədov Fuad Bayram oğludur.

 

Maraqlı məqam odur ki, yol polisləri mehmanxana sahibinin qarşısından rüsvayçı şəkildə qaçmaqla, təkcə sosial şəbəkələrin deyil, həm də cəmiyyətin nüfuzlu insanlarının hədəfinə gəldilər. Ancaq onun barəsində hansı tədbirin görülməsi cəmiyyətdən gizlədilir.

 

Bu və buna bənzər hadisələr isə cəmiyyətdə dolaşan bəzi xoşagəlməz söz-söhbətlərin daha sürətlə kök atmasına rəvac verir. Xüsusən şəhər yol polis idarəsinin rəisi Nuşirəvan Səfərov və onun idarədəki məlum komandasının radar sistemindən «gizlətdikləri» pullu sürücülərin siyahısı,  hər ay onlardan «hesab» alınması, sərxoş sürücülərin hər birindən 1000-2000 manat rüşvət toplanması və sair xəbərləri indi hamı danışmağa başlayıb». 

«Reytinq»ə yol polislərindən biri deyib ki, Bakı Şəhər Yol Polisi İdarəsinə Nuşirəvan Səfərov rəis təyin edildiyi gündən başlayaraq, burada hər şey mənfiyə doğru dəyişib: «Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov gələndə isə buradakı vəziyyətin düzələcəyinə inam vardı. Ancaq görünən odur ki, paytaxtın baş polisi buraya nüfuz edə bilmir. Şəhər polisinin rəhbərliyi yol polislərindən olimpiya öncəsi fəaliyyətlərində dönüş yaratmağı, sürücülərələ normal davranış tələb etsə də, hələ də bu tapşırıqlar qulaqardına vurulur. Mirqafar Seyidovu ən çox ehtiyyatlandıran yol polislərinin olimpiya zamanı etimadı doğrulda bilməməsi və bununla ölkəmizin biabır olma ehimalıdır. Bununla yanaşı, iddialara görə, Mirqafar Seyidov şəhər yol  polisində yaşanan açıq rüşvət və korrupsiyanın qarşısının alınmasını tələb edir. Çünki bu ümumilikdə həm də onun nüfuzuna toxunur. Ancaq general Mirqafar Seyidov hələ də Nuşirəvan Səfərov və onun burada «əsas gəlirli» sahələrə nəzarət edən komandasına təsiri edə bilmir».

Şəhər yol polisi idarəsinin istifadəsində olan xidməti BMW-lərə hər gün verilməli olan yanacaq, onların təmiri üçün ayrılan vəsaitlər, həmin avtomobillərin təmiri və digər texniki dəstəyə görə servislə bağlanan müqavilə və digər maraqlı məsələlərdən də söhbət açan müsahibimiz deyir ki, bunların da araşdırılması vacibdir("Reytinq" qəzeti).



Digər xəbərlər
SON XƏBƏRLƏR