Rusiya Xabarovskidə 10 min hektar torpaq satdı

img

14-11-2014 [14:50]


Koreya Xalq Demokratik Respublikası (KXDR) kənd təsərrüfatı işlərinin aparılması üçün Rusiyanın Xabarovsk vilayəti ərazisindən 10 min hektardan çox torpaq sahəsini icarəyə götürür.

ANS PRESS-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, KXDR Uzaq Şərq regionunda dənli bitkilər becərmək, heyvandarlıq, tərəvəzçilik və balıqçılıqla məşğul olmaq, kənd təsərrüfatı məhsulları istehsal edən yeni aqrar kompleksləri yaratmaq fikrindədir.

Şimali Koreyanın kənd təsərrüfatı naziri xanım Qo Men Xi Xabarovskdə vilayətin kənd təsərrüfatı naziri Aleksandr Yayets ilə görüşdə bildirib ki, biz 10 min hektardan çox ərazini icarəyə götürməyə hazırıq: "Çox şadıq ki, bu ilin oktyabrında verdiyimiz təklif müsbət qarşılandı. Bu əməkdaşlıq faydalı olacaq və iqtisadi çətinliyi aradan qaldıracaq. Rusiya ilə turizm, restoran biznesi və tikinti sahəsində də əməkdaşlıq ola bilər."

A.Yayets isə deyib ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar şəraitində Koreya Xalq Demokratik Respublikası ilə əməkdaşlıq şansını qaçırmaq olmaz. Bu, regiona əlavə sərmayə qoyuluşunu artıracaq. 

Hazırda Xabarovsk vilayətində koreyalıların çalışdığı 15 müəssisə fəaliyyət göstərir. Onlar əsasən tikinti, meşə təsərrüfatında və ticarətlə məşğul olurlar. 

Xatırladaq ki, Rusiya ilə əməkdaşlıq haqqında qərar bu ilin oktyabrında KXDR-in xarici işlər naziri Li Su Yenin Moskva səfəri çərçivəsində Xabarovsk qubernatoru ilə görüşdə bildirib ki, biz Rusiya ərazisində kənd təsərrüfatının inkişaf üçün Qətərdan 600 milyon dollar kredit cəlb edəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR