Əməkdar artist direktorun əleyhinə müsahibə verdi, işdən qovuldu-QALMAQAL

img

14-11-2014 [14:45]


Aktyorun işdən çıxarılmasına mətbuata verdiyi "Direktor Azdramanı məhv edir” başlıqlı müsahibənin səbəb olduğu deyilir.

Mia.az xəbər verir ki, AzNews.az-a açıqlamasında Telman Əliyev xəbəri təsdiq edib: "Teatrın baş mühasibi məni yanına çağırıb dedi ki, səninlə bağlanan müqaviləyə noyabr ayının 16-dan xitam veririk”.

Telman Əliyev işdən çıxarılması səbəbini baş mühasibdən soruşduqda "Maliyyə yoxdur” cavabını alıb.

Qeyd edək ki, adı çəkilən müsahibədə aktyor Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR