“Agentlər səfirliklərdə yerləşdirilir “ - MMP

img

31-07-2014 [14:14]


 Bu gün Muasir Musavat Partiyasının İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib.Toplantıda ölkə gündəmini zəbt edən bəzi hadsələr müzakirə edilib. 

İdarə Heyəti ilk öncə dünən hüquq müdafiəçisi Leyla Yunusun Baş Prokurorluğa aparılması və barəsində 3 ay həbs-qətimkan qərarı verilməsi məsələsini müzakirə edib. Hələ 2000-ci illərdə Leyla Yunus və onun həyat yoldaşının agent və satqın olması haqda dediklərinin nəhayət ki, təsdiqini tapmasını partiya sədri Hafiz Hacıyev çox müsbət hal kimi dəyərləndirib:” Mən müsahibələrimdə,MMP-nin isə tədbirlərində bu ölkənin sabitliyini pozmağa cəhd edən qüvvələrin olduğu yüz dəfələrlə qeyd edilib.İlk dəfə Leyla Yunusun evinin qarşısında piket keçirən də bizim partiya olub.Mən sevinirəm ki,agentura şəbəkəsinin əsas siması həbs edilib .Qeyd edim ki,Leyla Yunus tək deyil. Fikir verin Fransa prezidentinin ölkəmizə səfəri və səfəri çərçivəsində görüşmək istədiyi insanlar kimlər oldu? Əlbtdə ,agentlər! Xaric səfirliklər təmsil etdikləri ölkələrin agentlərinin ən münasib yerləşdikləri məkanlardı.Azərbaycanın müstəqilliyini təhlükə altına alan bütün addımlar tərəfimizdən ölkəmizin daxili işinə qarışmaq kimi qiymətləndirilir.Qeyd edim ki,Azərbaycanın benəlxalq nüfuzunun yüksəlməsi ,müstəqil siyasət yürütməsi daxili və xarici düşmənlərimizi narahat etməyə başlayıb.Bu gün Azərbaycana səfər edən prezident və təşkilat sədrlərinin gəlib yalnız satqınlıqla məşğul olan və radikal ermənipərəst mövqeyi ilə fərqlənən şəxslərlə görüşməsi,Amerikalı diplomatın eyni insanlarla görüşüb məsləhətlər aparması ağıllarda sual yaradır.Hesab edirəm ki,Leyla Yunusun həbsi düzgün qərardır”. Bundan sonra ,İdarə Heyətinin digər üzvləri çıxış ediblər.MMP funksionerləri demokratiyanın beşiyi hesab edilən dövlət rəsmlərinin Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yolverilməz olduğunu qeyd ediblər və Azərbaycanın daxili və xarici siyasətinə kobud şəkildə müdaxilə edən dövlət başçılarının və diplomatlarının öz ölkəsinin və erməni lobbisinin maraqlarına xidmət etmələrini qınayıblar . . Sonda MMP –çilər ölkədə süni şəkildə gərginlik yaratmağa cəhd edən bəzi nüfuzlu beynəlxalq dairələrə, Azərbaycanda radikal siyasi partiyalara,anti-milli QHT-lərə və onlara xidmət edən mediaya qarşı barışmaz mövqelərini davam etirəcəkləri haqda qərar qəbul ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR