TQDK mayın 16-da abituriyentlər üçün sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanların səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 16-da sınaq imtahanları keçirəcək. Bu barədə TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
TQDK yetkilisi deyib ki, sınaq imtahanları 27 rayon və şəhərdə - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Neftçala, Lerik, Quba və Xaçmaz şəhərlərində, Naxçıvan Muxtar Respublikasının Gəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. İmtahanlarda 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulur. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb, orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.
Bundan əlavə A.Bağırov qəbul imtahanları ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, mayın 7-si saat 10.00-a olan məlumata əsasən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə 43809 abituriyent sənəd verib. Bu, ümumi abituriyentlərin təxminən 35-40 faizini təşkil edir.
A.Bağırov onu da bildirib, sənəd verən abituriyentlərin 35247 nəfəri Azərbaycan, 8562 nəfəri rus bölməsi üzrə sənəd verib, 2985 abituriyent elektron ərizəsini təsdiq etdirib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər seçdikləri ixtisasa müvafiq qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanı komissiyaları Bakı, Gəncə və Naxçıvan şəhərlərində fəaliyyət göstərir. Bakıda 6, regionlar üzrə isə 5 belə komissiya təşkil olunub. Bu günə olan məlumata görə, 500 nəfər abituriyent seçmə turlarda iştirak edərək qeydiyyatdan keçib.
Rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 23-də Bakıda və digər bölgə mərkəzlərində, iyunun 20-də isə yalnız Bakıda keçiriləcək. Mayın 23-də keçiriləcək imtahanda iştirak etmək istəyən abituriyentlər mayın 14-dən gec olmayaraq ərizələrini müvafiq sənəd qəbulu komissiyalarında təsdiq etdirməlidir.
[b]Nüşabə Sadıqova[/b]
DİGƏR XƏBƏRLƏR
2025-05-05 17:40
2025-05-05 17:17
2025-05-05 13:37
2025-05-05 13:01