Oqtay Əsədovla Pənah Hüseyn Milli Məclisdə bir-birini təhqir etdilər

Milli Məclisin bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı spiker Oqtay Əsədovla Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn arasında növbəti söz atışması olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Pənah Hüseyn təmsil etdiyi Sabirabad rayonunda bələdiyyələrlə bağlı ciddi narazılıqların olduğunu, heç bir iclas keçirilmədən qanunsuz qərarlar qəbul edildiyini bildirib: ?Mən bu məsələylə bağlı Milli Məclis rəhbərliyinə müraciət etmişəm, amma komissiyalarla iş üzrə şöbədən mənə cavab gəlib. Bu, qanunsuzluqdur, Milli Məclis rəhbərliyi niyə mənə cavab vermir, əvəzində hansısa şöbə cavab verir. Özü də hər hansı bir problemin olmadığını bildirirlər?.
Spiker Oqtay Əsədov isə deputata ?Əgər sən bu sənədlərlə razı deyilsənsə, yenidən müraciət elə?,- deyib. Bu cavabdan qeyzlənən P.Hüseynlə spiket arasında kəskin dialoq başlayıb.
Pənah Hüseyn: Mən bilmirəm ki, deputatlara qarşı niyə belə bir münasibət sərgilənir. Sizdən xahiş eləmişdim ki, mənə bir nəfər də qoşun, gedək məsələni yerində yoxlayaq.
Oqtay Əsədov: Eybi yoxdur, qoşarıq. Amma mən onu da bilirəm ki, sən bununla kifayətlənməyəcəksən. 30 nəfər yox, 1030 nəfər də desə ki, belədir, sən öz dediyindən dönmürsən. Bəsdir, buranı bazara döndərmə. Sən özünə hörmət eləmirsən.
Pənah Hüseyn: Sən deputatların hüquqlarını pozursan.
Oqtay Əsədov: Tərbiyəsizlik eləmə.
Pənah Hüseyn: Tərbiyəsiz sizsiz. Sizin mənim üstümə qışqırmağa ixtiyarınız yoxdur.
Oqtay Əsdov: Otur aşağı. Burada bu qədər deputat var, sən hamısına hörmətsizlik edirsən, hamısının səviyyəsini endirisən. Ayıbdır. Bir məsələ var, amma onu indi burda çəkmək istəmirəm.
Pənah Hüseyn: O məsəl elə sənə aiddir.
Münaqişə səngiəyəndən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
DİGƏR XƏBƏRLƏR
2025-06-03 18:29
2025-06-03 18:01
2025-06-03 17:09
2025-06-03 15:46
2025-06-03 14:20
2025-06-03 10:28