Ərdoğan Putinlə görüşə gedir

img

14-11-2013 [16:29]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası ilə bağlı Rusiyaya gedəcək.

MİA AzVision.az-a istinadən xəbər verir ki, baş nazir şuranın 4-cü iclası üçün noyabrın 21-22-də Sankt Peterburqa rəsmi səfər edəcək.

Ərdoğanla birlikdə Türkiyənin xarici işlıər naziri Əhməd Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan səfərə qatılacaq.

Səfər çərçivəsində Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə təkbətək və nümayəndələr heyəti ilə birgə görüş keçirəcəyi gözlənilir. Görüşlərdə Suriyadakı böhran, İranın nüvə problemi, Misirdəki qarşıdurmalar və digər regional məsələlər müzakirə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA