"Razılaşma şərtləri daxilində hasilatı gələn ildən tədricən artıra bilərik" - Rusiyalı nazirdən neftlə bağlı açıqlama

img

14-10-2020 [15:04]


"OPEC+" COVID-19-un ikinci dalğasının başlamasına baxmayaraq, razılaşma şərtləri daxilində hasilatı gələn ildən tədricən artıra biləcəyini gözləyir.

Bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak "Enerji siyasəti" jurnalındakı müəllif köşəsi yazısında bildirib.

"Hazırda bir sıra ölkədə epidemiyanın ikinci dalğasının başlamasına baxmayaraq, həmkarlarımla birlikdə vəziyyətə nikbin baxmağa davam edirik və sövdələşmənin şərtlərinə görə, bazara zərər vermədən istehsalımızı tədricən artıra biləcəyimizi gözləyirik", - deyə nazir qeyd edib.

Qeyd edək ki, "OPEC+" razılaşmasının icrasına bu ilin may ayında 3 ay müddətində gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə başlanılıb. Avqust ayından ittifaq hasilatı azaltmağı davam etdirdi, lakin daha az həcmlərlə – ilin sonunadək olan dövr üçün gündə 7,7 mln. barel, daha sonra isə – 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 mln. barel/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR