Mətbuat Şurası beynəlxalq media qurumlarına müraciət etdi - AzTV əməkdaşlarının atəşə tutulması ilə bağlı
14-10-2020 [13:35]
Azərbaycan Mətbuat Şurasının AzTV əməkdaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət edib.
Mia.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Ermənistan silahlı qüvvələri Tərtər rayonunda Azərbaycan jurnalistlərini atəşə tutublar. Rayonun Düyərli kəndində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) çəkiliş qrupunun olduğu avtomobilin hucuma məruz qalması nəticəsində sürücü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib.
AZTV-nin atəşə məruz qalmış avtomobilinin üzərində onun sözügedən telekanala məxsusluğunu təsdiqləyən fərqləndirici nişanlar yer alıb. Maşındakı jurnalistlər də üzərində “PRESS” yazılmış gödəkçələrdə olublar. Kənardan baxanda görmək mümkün idi ki, avtomobil hərbi məqsədlər üçün deyil və bu, onu deməyə tam əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistləri bilərəkdən atəşə tutublar. Məqsəd media təmsilçilərinin həyatlarına qəsd etməkdir.
Azərbaycan Mətbuat Şurası AzTV-nin xidməti avtomobilinin atəşə tutulması faktını qətiyyətlə pisləyir və bunu Ermənistanın azad sözə qarşı məqsədli hücumu kimi qiymətləndirir. Baş vermiş hadisə onu göstərir ki, işğalçı ölkə heç bir dəyərləri gözləmir, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını əngəlləmək yolu tutur. Jurnalistilərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş belə cinayət əməlinə dünyanın media ictimaiyyətinin obyektiv və sərt münasibət göstərməsi son dərəcə vacibdir.
Mətbuat Şurası bildirir ki, Dağlıq Qarabağ münaqişəsi müstəvisində hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Ermənistan hərbi dairələri illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarına xaricdən media təmsilçilərini dəvət edir, heç bir təminat vermədən onların həyat və sağlamlıqları üçün böyük təhdid yaradırlar. Bu, beynəlxalq hüququn norma və prinsiplərini, suveren dövlət kimi Azərbaycanın haqlarına söykənmiş prosedur tələblərə məhəl qoymamaqdır. Bu, eyni zamanda jurnalist həyatları üzərindən söz və ifadə azadlığı ilə açıq manipulyasiyadır. Məlumat üçün bildiririk ki, xarici ölkələrdən kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan ərazisində peşə fəaliyyətlərini yerinə yetirmələri onların Xarici İşlər Nazirliyində akkreditasiyası ilə tənzimlənir.
İstərdik ki, dünyanın media ictimaiyyətinin nümayəndələri olaraq sizlər gündəmə gətirdiyimiz məsələlərə həssas yanaşa, Ermənistan hakimiyyətinə qarşı mövcud istiqamətdə çağırışlar edəsiniz.
Təəssüflə onu da bildiririk ki, Ermənistan hakimiyyətinin tutduğu işğalçılıq mövqeyi, bu mövqenin müxtəlif mənfi təzahür formaları nəticəsində onsuz da gərgin olan münaqişə bölgəsində və ona yaxın ərazilərdə jurnalist fəaliyyətinə qarşı bilərəkdən həyata keçirilən məhdudiyyətlərin, təhdidlərin təkrarlanmayacağına, daha acınacaqlı hadisələrin yaşanmayacağına heç bir zəmanət yoxdur”.
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb