Rusiya auditoriyası federal medianın ermənipərəst siyasətinə etiraz edir - Moldova mediası yazır

img

10-10-2020 [12:53]


Moldovanın TİMPUL informasiya portalında grator.ru saytının «Rus auditoriyası federal medianın ermənipərəst siyasətinə qarşı üsyan qaldırmağa başlayır”adlı məqaləsi dərc olunub.

Mia.az xəbər verir ki, məqalədə federal KİV-rin siyasətinin erməni diasporunun əlində informasiya alətinə çevrilməsi ilə bağlı Rusiyanın çoxsaylı xalqlarının nümayəndələrinin sosial şəbəkələrdə narazıçılığının artdığı qeyd olunur. 

“Rusiyalılar Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətləri barədə obyektiv bir fikir eşitmək istəyirlər. Rusiyalılar yalnız erməni mövqeyini deyil, bütün mövqeləri eşitmək və yalnız Rusiya dövlətinin və çoxmillətli Rusiya xalqının maraqlarına uyğun olaraq qərar verməyə haqqları var”,- məqalədə deyilir.

Həmçinin məqalədə qeyd olunur ki, Tatarstan, Dağıstan, Çeçenistan, Başkortostan, və Rusiyanın Həştərxandan Volqoqrada kimi bir çox vilayətlərində, hətta Moskvada, o cümlədən Rusiyanın cənubunda erməni  hökmranlıq və özbaşnalığından əziyyət çəkən ruslar,  erməni təbliğatının alətinə çevrilmiş Rusiya KİV-lərindən narazı olduqları ilə bağlı yazıları  sosial şəbəkələrdə yerləşdirirlər. 

Qeyd olunur ki, Rusiya KİV-nin total erməniləşməsini artıq gizlətmək mümkün deyil, bunu Dağlıq Qarabağ münaqişəsini işıqlandırılması da göstərir. 

Bildirilir ki, Rusiyanın çoxsaylı millətlərinin təmsilçiləri Rusiya KİV-də çalışan kadrların fəaliyyətinin qiymətləndirilməsi və onların Rusiya Federasiyasının maraqlarına xidmət edib-etməməsi ilə əlaqədar ölkə rəhbərliyinə müraciət hazırlayırlar. 

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.timpul.md/ru/articol/-Rossiyskaya-auditori
 


Digər xəbərlər
SON XƏBƏRLƏR