Gənc aktyor hovuzda boğuldu: "Təəssüf ki, onu həyata qaytarmaq olmadı" - VİDEO

img

08-10-2020 [21:54]


Rusiyalı gənc aktyor Rinat Kafiyatullin Moskvada fitnes-mərkəzlərin birində hovuzda boğulub.

Mia.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Hadisə ilə bağlı açıqlama verən klub rəhbərliyi deyib ki, aktyor bir müddət hovuzda üzüb. Lakin qəfildən səhhəti pisləşib: "Bizim əməkdaşlar onu hovuzdan çıxarıb, xilas etməyə çalışsa da, təəssüf ki, həyata qaytarmaq olmadı".

Xatırladaq ki, aktyor Vyaçesslav Spesitsev adına Gənclər Teatrında rus klassiklərinin əsərləri əsasında hazırlanan tamaşalarda baş rolları oynayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR