Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti seçilib

img

08-10-2020 [16:39]


Fransalı Odil Reno-Basso dörd illik müddətə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti seçilib.

“Report” EBRD-nin “Twitter”də yayımlanan məlumatına istinadən xəbər verir ki, bu barədə qərar Bankın Londondakı mənzil-qərargahında keçirilən İdarə Heyətinin iclasında qəbul olunub.

O, bu vəzifədə 2012-ci ildən bəri iki müddət EBRD-nin prezidenti olmuş britaniyalı Suma Çakrabartini əvəzləyib.

Son dörd ildə 55 yaşlı Reno-Basso Fransa İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyində Xəzinədarlığın baş direktoru vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR