DSMF güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət etdi

img

07-10-2020 [15:21]


Dövlət Sosial Müdafiə Fondu Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon (şəhər) nümayəndəlik və filialları istisna olmaqla, digər nümayəndəlik və filialları üzrə güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunan şəxslərə müraciət edib.

Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, pensiya alan şəxslərə və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda aparılan dəyişikliklərlə əlaqədar aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə verilib:

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli pensiya təyin edilmiş şəxslər;

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən edilməsi ilə pensiya təyin edilmiş şəxsələr, o cümlədən:

dövlət qulluqçuları;

xüsusi rütbəli şəxslər (prokurorluq, ədliyyə işçiləri və s.);

Milli Məclisin deputatları;

Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının üzvləri;

Ədliyyə orqanlarının mülki işçiləri;

Məhkəmə hakimləri;

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin əhatə dairəsinə düşən digər şəxslər.

Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon və şəhərləri istisna olmaqla DSMF-nin digər şəhər və rayonlardakı nümayəndəlik və filialları üzrə qeydiyyatda olan, müvafiq kateqoriyaya aid olan şəxslərin əmək pensiyaları ödənişi 2020-ci ilin oktyabr ayından etibarən hər ayın 14-16-sı aralığında həyata keçiriləcək.

Qeyd olunan əmək pensiyası kateqoriyasının əhatə dairəsinə düşən Fondun Abşeron, Sumqayıt, Qubadlı, Mingəçevir, Gəncənin Nizami və Kəpəz rayon (şəhər) nümayəndəlik və filialları istisna olmaqla, Fondun digər rayon (şəhər) nümayəndəlik və filiallarından pensiya alan şəxslərin və pensiya təyinatı ilə bağlı müraciət etmək istəyən şəxslərin əlavə sualları olduğu təqdirdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46;  (012) 563-55-47;  (012) 563-55-34(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR