Azərbaycan nefti 48 dollaradək qalxacaq - Proqnoz

img

07-10-2020 [14:20]


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Azeri Light” markalı neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

Universitetdən Mia.az-a verilən məlumata görə, UNEC proqnozunda 2016-2023-ci illər üzrə “Azeri Light” neftinin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVID-19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

2020-ci ildə dünya bazarında “Azeri Light” neftinin 1 barelinin illik orta qiyməti 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR