Rəsmi Bakı: "Ermənistan jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır"
03-10-2020 [12:26]
"Ermənistanın Azərbaycan Respublikasına qarşı davam edən hərbi əməliyyatları zamanı həm öz vətəndaşları, həm də üçüncü ölkələrin vətəndaşları olan jurnalistləri istismar etmək üçün etdiyi məsuliyyətsiz cəhdlərindən bəhs edən xəbərlərin sayı artmaqdadır. Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Ermənistanın bu məsuliyyətsiz davranışı öz-özlüyündə, onun beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü mülki əhalini və mülki obyektləri hücumların təsirindən qorumaq üçün bütün mümkün tədbirləri görmək öhdəliyinin ciddi şəkildə puzulmasıdır. Bununla Ermənistan anti-Azərbaycan təbliğatı məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır:
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xatırladır ki, beynəlxalq humanitar hüquq və BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurmalardakı jurnalistlər mülki insanlar kimi təsnif edilir və belə olduğundan mülki statuslarına mənfi təsir göstərən heç bir hərəkət etməmələri şərtiylə mülki vətəndaşlara şamil olunan müdafiə ilə təmin edilməlidirlər.
Bu səbəbdən bütün jurnalistlər, media mütəxəssisləri və əlaqəli şəxslərin maksimum dərəcədə diqqətli olmaları və münaqişə bölgəsindəki mülki statuslarına xələl gətirəcək hər hansı bir əməldən çəkinmələri böyük əhəmiyyət kəsb edir.
Nazirlik, bundan əlavə, yuxarıda qeyd olunan BMT qətnamələrinin jurnalist fəaliyyəti üçün bir çərçivə yaratdığını və silahlı münaqişə vəziyyətlərində işləyən və bu barədə məlumat verən media mütəxəssisləri üçün istinad şərtləri (qaydaları) olduğunu vurğulayır. Xüsusilə, bu qətnamələrdə Təhlükəsizlik Şurası bütün dövlətlərin siyasi müstəqilliyi, suveren bərabərliyi və ərazi bütövlüyü, habelə bütün dövlətlərin suverenliyinə hörmət prinsiplərinə sadiq qaldıqlarını təsdiqləyir və şiddət, soyqırım, insanlığa qarşı cinayətlər və beynəlxalq humanitar hüququn digər ciddi pozuntularını təhrik etmək üçün medianın istifadəsini qınayır.
Jurnalistlərin açıq-aydın şəkildə təsbit edilmiş bu qaydalara riayət etməmələri medianın gərginlik və nifrəti alovlandırmaq üçün istismar olunması risklərini artırır və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi nəticəsində yaranan və beynəlxalq humanitar hüququn ciddi pozuntuları ilə müşayiət olunan vəziyyətlərə gətirib çıxarır ki, bu da ərazilərin işğalı və münaqişələrin davam etdirilməsinə səbəb olur.
Jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə, beləliklə Ermənistanın onları istismar etməsinə imkan verməməyə, habelə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində fəaliyyət göstərənləri yuxarıda qeyd edilən tələblərə ciddi şəkildə əməl etməyə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan hər hansı bir hərəkətdən, o cümlədən Ermənistanın Azərbaycana qarşı qanunsuz qüvvələrdən istifadəsini təbliğ etməkdən çəkinməyə çağırırıq. Bütün bu media nümayəndələrinə, xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası ilə bağlı Azərbaycan Respublikasının qayda və qanunlarına ciddi şəkildə riayət etməyi tövsiyə edirik.
Bundan əlavə, bütün aidiyyəti hökumətlərarası və qeyri-hökumət təşkilatları və inistitutları, jurnalistər, media işçiləri və əlaqəli səxslərin Ermənistan tərəfindən sonuncunun Azərbaycana qarşı hərbi təcavüzündə istismarının qarşısını almaq və bütün jurnalistlərin mülki statuslarına mənfi təsir göstərməmək üçün ciddi şəkildə qayda və qanunlara əməl etmələrini təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməyə çağırırıq".
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb