ADP Fransanı İslam ölkələrinə qarşı tarixi düşmənçilikdə ittiham etdi - Makronun bəyanatına sərt etiraz
02-10-2020 [16:42]
Azərbaycan Demokrat Partiyası Fransa prezidenti Emmanuel Makronun Azərbaycanın işğal altında olan öz tarixi torpaqlarının işğaldan azad edilməsi istiqamətində Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı ifadə etdiyi mövqeyinə dair bəyanat qəbul edib.
Partiyadan Mia.az-a verilən məlumata görə, bəyanatda deyilir:
"ADP Fransa prezidenti Emmanuel Makronun “Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla Azərbaycanın yenidən Dağlıq Qarabağı işğal etmək istəməsi” ilə bağlı mövqeyini qətiyyətlə rədd edərək bildirir ki, bu bəyanat Fransanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasına zidd ermənipərəst bir mövqeyidir və Azərbaycan ərazilərinin erməni faşistləri tərəfindən işğalına haqq qazandırmaq deməkdir.
ADP Fransa prezidenti Emmanuel Makronun bu bəyanatından sonra Fransanın ATƏT-in Minsk qrupunda təmsil olunmasının yolverilməzliyini bildirib və hesab edir ki, Fransa dərhal ATƏT-in Minsk qrupundan çıxarılmalıdır.
ADP belə hesab edir ki, bütün dünyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı və BMT-nin bununla bağlı qərarı olduğu halda Fransa prezidentinin beynəlxalq hüquqa zidd olaraq belə bir mövqe ortaya qoyması onun Dağlıq Qarabağ probleminin mahiyyətindən xəbəri olmadığını göstərir.
ADP eyni zamanda belə hesab edir ki, Fransa prezidenti Emmanuel Makron bu bəyanatla qardaş Türkiyə dövləti qarşısındakı son məğlubiyyətini kompensasiya etməyə cəhd edir, erməni faşistlərinə açıq dəstək verməklə bu məğlubiyyətin əvəzini Azərbaycandan çıxmaq istəyir ki, bu da qisasçılıqdır.
ADP bildirir ki, Qarabağda gedən hərbi əməliyyatlara Fransanın müdaxiləsinə heç bir hüquqi əsas yoxdur və Azərbaycan xalqı olaraq işğal altında olan ərazilərimizi beynəlxalq hüquq normalarına uyğun olaraq işğaldan azad edəcəyik.
ADP bəyan edir ki, Fransa prezidenti Emmanuel Makron bu mövqeyi ilə Fransanın İslam ölkələrinə qarşı tarixi düşmənçiliyini bir daha nümayiş etdirir, ötən əsrdə Əlcəzairdə, hazırda da Liviyada müsəlmanların qanının tökməsinin bədəlini ödəmək əvəzinə, yenidən erməni faşistlərinin türklərin və müsəlmanların qanını tökməsinə dəstək çıxır ki, bu da Fransanın hələ də antiislam düşmənçiliyi mövqeyində qaldığını sübut edir.
ADP Fransa prezidenti Emmanuel Makronun bu mövqeyinə cavab olaraq Azərbaycan hökumətini Fransa ilə münasibətlərinə yenidən baxmağa çağırıb".
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb