Türkiyənin Samsun şəhərindən Azərbaycana dəstək - Tədbir + FOTO
02-10-2020 [16:35]
Ermənistanın 27 sentyabr tarixində Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı və Ermənistan ordusu tərəfindən dinc əhalinin iriçaplı silahlardan atəşə tutulması Türkiyənin bütün bölgələrində böyük qəzəb doğurub.
Eyni zamanda, Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək düşmənə qətiyyətli cavab verməsi qardaş ölkədə haqlı mövqe kimi dəyərləndirilib. Ankara, İstanbul, İzmirdən gələn dəstək sırasına bu gün Qara dənizin ən böyük şəhəri olan Samsun da qoşulub.
Bu barədə qardaş Türkiyənin və bölgənin ünlü universitelərindən olan Samsun Ondokuz Mayıs Universitetinin kafedra müdiri professor Azər Qasımsadənın Mia.az-a verdiyi xəbərdə deyilir.
Bildirilir ki, Samsun Milli İradə Platformasının (SAMİR) təşkilatçılığı ilə “Böyük Cami” önündəki meydanda baş tutan izdihamlı tədbirdə Azərbaycanın haqlı mövqeyi müdafiə edilmişdir.
Tədbirdə Azərbaycanın haqq işinə dəstək verilmiş, erməni işğalcılarının işğal etdiyi ərazilərdən dərhal geri çəkilməsi, regionun yenidən sülh və sabitliyə qovuşması tələb edilmişdir.
Tədbirin təşkilatçısı Samsun Milli İradə Platforması adından danışan Türkiyə Məmur Sendikatları Konfederasiyasının Samsun şəhər başkanı Ali Sarıalıoğlu bildirib ki, bütün diplomatik əlaqələrin fonunda bir-birlərinə qardaş deyən Türkiyə və Azərbaycan münasibətlərinin böyükluyunu sözlə ifadə etmək mümkün deyil: "İki dövlət və bir millət anlamının tarixi dəyəri zaman keçdikcə daha böyük dəyər qazanmaqdadır. Bu dəyər şübhəsiz ki, dini, dili, mədəniyyəti ortaq olan xalqlarımızın qədim tarixinin bu günümüzə ən dəyərli miraslarındandır. 27 sentyabr səhərində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı bütün Türkiyəni, o cümlədən samsunluları hiddətləndirdi və Azərbaycan dövlətinin özünümüdafiə hüququndan istifadə edərək düşmənə layiqli cavab verilməsini qardaşlıq borcumuz kimi dəstəklədik. Bir yanda tarixi torpaqları işgal edilən qardaş ölkə Azərbaycan, diğər yanda isə işgalci qismində olan bir ölkə - Ermənistan var ikən, bizlər də “Dünya beşdən büyükdür” deyən iradənin arxasında duraraq, haqlı olan Azərbaycanlı qardaşlarimizin yanında olmalıyıq və onlarla ciyin-ciyinə mübarizə etməkdən başqa yolumuz yoxdur. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bu qətnamələr də təsdiq edir ki, Qarabağ torpağı Azərbaycan torpağıdır. Göründüyü kimi ölkəmizin Azərbaycana verdiyi dəstək sadəcə dövlətlərimiz və xalqlarımız arasındaki qardaşlıq huququ və borcu ilə əlaqədar deyil, eynı zamanda otuz ildir qardaş Azərbaycana edilən ədələtsizliyə göstərilən haqlı bir təpkidir".
Samsun Ondokuz Mayıs Üniversitetinde (OMÜ) doktorluq təhsili alan azərbaycanlı Cəmalə İbadbəyli çıxışında bildirib ki, eyni babanın iki övladı, eyni duyğuların daşıyıcıları olaraq sizlərlə burada bərabər olmaqdan, eyni dualara amin deməkdən cox xoşbəxtdir: "Can Azərbaycanın övladlarının qanları torpaqları sulamış, qəhrəman övladlarımız şəhadət şərbəti içmiş ola bilər. Ancaq kədərlənmirik, çünki bu gün 100 il əvvəl Çanaqqalada etdiyimiz kimi Qarabağ torpağı uğrunda mübarizə aparırıq. Ümidsiz deyilik, çünki Azərbaycanın hər bir övladı toya-bayrama gedən kimi Vətənin müdafiəsinə tələsir. Çarəsiz də deyilik, çünki tək deyilik, Türk qardaşlarımızla min illik tarixi yolun yolçularıyıq, bu gün haqq işimizdə verdikləri əvəzsiz dəstəyə görə Azərbaycanımız adından onlara təşəkkür edirəm. Rəbbimdən bütün şəhidlərimizə də rəhmət diləyirəm. Qarabağ bizimdir, Azərbaycanındır, Azərbaycanın da olacaq".
Türkiyə, Azərbaycan bayraqları və “Qarabağ Azərbaycanındır”, “İki Vətən Tək Can, Türkiyə - Azərbaycan” plakatları ilə müşayət edilən tədbir iştirakçıların böyük çoşqusu ilə yekunlaşıb.
Azərbaycana dəstək aksiyasında Samsun şəhər Valisi Zülküf Dağlı, Samsun Büyükşəhir Bələdiyyə Başkanı Mustafa Demir, Ondokuz Mayıs Üniversitetinin rektörü professor Yavuz Ünal, Samsun şəhər Səhiyyə İdarəsinin müdiri Muhammət Ali Oruç, Türkiyə Məmur Sendikatları Konfederasiyasının Samsun təmsilcisi Hamdi Yıldız, Samsun şəhərində təhsil alan azərbaycanlı tələbələr və çoxsaylı samsunlular iştirak ediblər.
Mia.az
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz