BİZ DƏ VƏTƏN ƏSGƏRİYİK! - Rektor yazır
02-10-2020 [13:07]
Yusif Yusibov,
Gəncə Dövlət Universitetinin rektoru, Professor
***
Bu gün Ali Baş Komandan cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni-yeni şərəfli səhifələrin yazıldığı gündür. Bu gün erməni faşizminin Azərbaycan xalqına dəfələrlə etdiyi xəyanətin, körpələrin, yaşlı insanların, qız və qadınlarımızın tökdükləri qanların, vəhşiliklə törədilən dəhşətli Xocalı soyqırım intiqamının alındığı gündür.
Bu gün düşmən ayaqları altında inildəyən dədə-baba torpaqlarımıza 3 rəngli bayrağımızın sancıldığı gündür.
Havadarlarına arxalanan erməni faşizmi torpaqlarımızda at oynatdı, qondarma Dağlıq Qarabağ dövləti elan etdi, seçkilər keçirdi, Baş nazir Paşinyan yeni prezidentin elan olunması münasibətilə döyünən ürəyimiz Şuşada saymazyana şərab içib yallı getdi, Şuşanı paytaxt etməyə qərar verildi. Dişlərində şirə qaldığından yenidən torpaqlarımıza göz dikərək 27 sentyabr tarixində sərhəd boyu hücuma keçib hərbi hissələrimizə, dinc əhaliyə iri çaplı silahlardan güllələr, mərmilər yağdırdılar. Qanlar töküldü, həlak olanlar oldu.
30 ildir heç kimin torpağında gözü olmayan, sülh carçısı Azərbaycan xalqı səbrlə bu günü gözlədi. Hər bir vətəndaşını uşaqlıqdan azərbaycanlılara, qardaş Türk xalqına düşmənçilik əhval-ruhiyyəsində tərbiyə edən erməni faşizmi xalqımın səbrinə son qoydu. Ali Baş komandanın əmri ilə ordumuz bütün cəbhə boyu əks-hücuma keçdi. Bu gün erməni faşizminin qüdrətli Azərbaycan ordusunun qabağında diz çökən gündür. Xalqımız 30 ildir bu dərəcədə qürurlanmamışdır.
İllərlə xalqımızın haqq səsini eşitməyən, işğal olunan torpaqlarımızın geri qaytarılması haqqında yalnız yalan vədlərlə Qarabağın unudulmasına çalışan ermənipərəstlər əsgərlərimizin yenilməz igidliyini, sonsuz Vətən, Torpaq sevgisini, qələbə əzmini görəndə əl-ayağa düşüb cənab Prezidentimizi müharibəni dayandırmağa, danışıqları bərpa etməyə səslədilər. Bu çağırışlara İlham Əlihyev cənablarının verdiyi əsaslı, cəsarətli cavablar hər birimizdə iftixar hissi yaratdı.
Xalq bir daha şahid oldu ki, Ali Baş komandanı, Prezidenti ordumuzla birlikdə sıxıntılara, torpaq həsrətinə son qoymaq əzmindədir. Bu gün on minlərlə gənc könüllü surətdə cəbhəyə getmək, düşmənlə vuruşmaq, günahsız insanların qanını almaq, torpaqlarımızı qaytarmaq, bayrağımızı Şuşada, işğal olunmuş hər kənddə, şəhərdə ucaltmaq tələbindədir. Belə bir müqəddəs istək əsl vətəndaşlığın, Ali Baş komandana, dövlətimizə inamın əks-sədasıdır. Təsadüfi deyil ki, Ermənistanın işğalçı siyasətinə etiraz olaraq Azərbaycanda fəaliyyət göstərən 50-dək siyasi partiya rəhbərlərinin birgə bəyanatı yekdilliklə Prezidenti dəstəklədiklərindən xəbər verir. Bu gün xalqın öz Prezidenti ətrafında sıx birləşdiyi, Prezidentinə inamın təntənəsi günüdir. Lakin yenə də həmişə olduğu kimi Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları öz xəyanətkar mövqeləri ilə seçilərək həmrəylik nümayiş etdirmədilər. Özlərini həmişə xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Musavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandan İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməmələri onların sımimi olmadıqlarını və əsl simalarını bir daha açıb göstərdi. Xalqın 30 il səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə Musavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi günlərdə Ali Baş Komandanın yanında olmaq qabiliyyətini göstərmədilər.
Erməni faşizmi ənənəvi olaraq real simasını göstərməkdədir. O, kəndlərimizi, dinc əhalini nişana almaqdan çəkinmir, nəticədə çoxsaylı evlər dağılmış, günahsız insanlar, hətta bir ailədən 5 nəfər mərmi qəlpələri ilə həlak olmuşlar. Cənab İlham Əliyev Dağlıq Qarabağ ermənilərinə müraciətdə ordumuzun dinc əhali ilə ədavəti olmadığını dönə-dönə bildirmişdir. Azərbaycan döyüşçüləri yanız muzdlu əsgərlərlə, doğma torpaqlarımızda bizə qarşı əlinə silah alanlarla döyüşür. Biz başqa yad torpaqlarda deyil, öz torpağımızda, öz torpağımızın işğaldan azad olunması uğrunda vuruşuruq. Dünya da görür ki, Azərbaycan ordusu tərəfindən dinc əhaliyə bir dəfə də olsun silah tuşlanmayıb, bir güllə, mərmi də atılmayıb. Çünki ordumuz haqqın, ədalətin, onun bərqərar olması uğrunda savaşa qalxıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana təcavüzlə bağlı qəbul olunan qərarlara əməl etməyən erməni hakimiyyəti, müharibə qanunlarını, beynəlxalq hüquqları da kobud şəkildə pozmaqdan çəkinmir. Burada da Azərbaycan humanizmi, Azərbaycan reallığı ilə erməni xisləti, erməni vəhşiliyi üz-üzə dayanır. Bu gün erməni vəhşiliyinin məğlubiyyatı, xalqımızın isə vəhşilik üzərində qələbəsi günüdür.
Biz qalib gələcəyik!
Prezidentimiz demişkən, bizim döyüşümüz haqq döyüşüdür. Sevindirici haldır ki, Azərbaycan 3 rəngli bayraqlarla bəzənib. Küçələrdə dəstə-dəstə insanlar “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirib ordumuzla, dövlətimizlə həmrəy olduqlarını bildirirlər. Gəncə Dövlət Universitetinin rəhbərliyi, çoxsaylı professor-müəllim heyəti həmişə olduğu kimi, bu sınaq günlərində də Ali Baş Komandanın ətrafında sıx birləşib qələbələrimizi alqışlayır və hər an Vətənin, Torpağın bütövlüyü naminə veriləcək tapşırıqları yerinə yetirməyə hazır olduqlarının bildirir.
Mia.az
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə