Avropa Liqası: "Qarabağ" səfərdə "Legiya"nı 3 qolla devirdi - Ağdam klubu qrup mərhələsinə yüksəldi

img

01-10-2020 [23:52]


Bu gün Polşada UEFA Avropa Liqasının pley-off oyunu çərçivəsində "Legiya" öz meydanında Azərbaycanın "Qarabağ" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, Varşavadakı "Wojska Polskiego" stadionunda baş tutan oyyunda ilk hissə qolsuz başa çatıb.

İkinci hissənin 50-ci dəqiqəsində isə "Qarabağ"lı Patrik Andrade hesabı açıb - 0:1.

62-ci dəqiqədə Abdullah Zubir meydan sahiblərinin müdafiəçilərini təkbaşına keçərək, fərqi artırıb - 0:2. 

 70-ci dəqiqədə isə Filip Ozobiç 3-cü qolu "Legiya"nın qapısından keçirib - 0:3. 

Beləliklə, oyun bu hesabla başa çatıb və "Qarabağ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR