Gürcüstanın hakim partiyasının seçki siyahısında iki azərbaycanlı da təmsil olunur

img

01-10-2020 [23:09]


Gürcüstanın hakim Gürcü Arzusu Partiyası seçki siyahısını təqdim edib.

Mia.az "Report"a istinadla xəbər verir ki, 150 nəfərlik siyahıda iki azərbaycanlı da yer alıb.

Soydaşımız Savalan Mirzəyev siyahıda 35-ci, Zaur Darğallı isə 127-ci yerdədir.

Qeyd edək ki, S.Mirzəyev Gürcüstanın IX çağırış parlamentində “Gürcü Arzusu”nun Qardabanidən seçilən deputatı olub. Bu vaxta qədər Marneulinin meri olan Z.Darğallı isə hakim partiyanın Marneuli-Qardabani dairəsi üzrə majoritar sistem üzrə deputatlığa namizədidir.

Qonşu ölkədə oktyabrın 31-də keçiriləcək parlament seçkilərində 30 deputat majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR