Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"

img

01-10-2020 [22:56]


Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Yelizaveta Yasko Ukraynanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gedən hərbi əməliyyatlardan çox narahat olduğunu bildirib.

Y.Yasko qeyd edib ki, Ukrayna Parlamentinin Xarici Siyasət Komitəsi bu məsələləri 30 sentyabr tarixli qapalı iclasında müzakirə edib.

"Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba 30 sentyabr tarixli brifinqdə Ukrayna xarici siyasətinin təməl daşlarından birinin dövlətlərin ərazi bütövlüyünə dəstək olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən də bu fikirlərə qoşuluram", - deyə Yelizaveta Yasko qeyd edib.

Yasko hərbi münaqişə səbəbindən həyatını itirən mülki vətəndaşlar və hərbi qulluqçulara görə kədərləndiyini bildirərək Azərbaycan xalqına başsağlığı verib: "Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin sədri kimi, Bakı və İrəvandan olan həmkarlarımla telefon danışıqları apararaq hər iki tərəfi atəşkəs tətbiq etməyə, danışıqlar aparmağa və insan haqlarına, beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırmışam. Hər iki ölkə də Avropa Şurasının üzvü olduqları üçün insan haqlarına hörmət əsas götürülərək mülki şəxslərin həyatının qorunması belə bir vəziyyətdə ən yüksək prioritet olmalıdır"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR