"Azercell" Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat köçürüb

img

01-10-2020 [17:59]


Azərbaycanın lider mobil operatoru Azercell Telekom tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat həcmində vəsait köçürüb.

Şirkətdən Mia.az-a verilən məlumata görə, Vətənə və orduya həmrəylik ifadəsi olaraq "Azercell Telekom"un baş qərargahının üzərində Azərbaycan bayrağı asılıb. Eyni zamanda, şirkət tərəfindən bütün əməkdaşlara avtomobil üzərinə quraşdırılan bayraqlar da paylanılıb.

"Azercell" həyata keçirdiyi təşəbbüslərlə ordunun, xalqın və dövlətin yanında olduğunu ifadə edir. Şirkət bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək, vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza yardım göstərəcək.

Sentyabr ayının 27-dən etibarən Milli Ordu hissələri 30 ildən artıq hər bir Azərbaycanlının sağalmaz yarasına çevrilmiş Qarabağ münaqişəsinin ön cəbhələrinə qəhrəmancasına atılaraq düşmən mövqelərini məhv edir. Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayaraq, bir sıra strateji nöqtələrdə həlledici uğurlar qazanıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR