Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub - MN-dən düşmənə xəbərdarlıq

img

01-10-2020 [13:01]


Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Bildirilib ki, Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb: "Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR