Ermənilərin yaşayış sahələrini atəşə tutması yanğın və dağıntılara səbəb olub

img

01-10-2020 [12:35]


Beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə tutmağa davam edir. Şanlı ordumuzla döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən düşmən Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan yetirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, çirkin əməllərini davam etdirən Ermənistan silahlı qüvvələrinin ötən gün axşam və gecə saatlarında atdığı mərmi nəticəsində Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində evin bir hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Tərtər rayonu Səhləabad kəndində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatınını başa çatdırması mümkün olmayıb.

Tərtər rayonu qəbirstanlıq ərazisinə mərmi düşməsi nəticəsində qəbirstanlığın ərazisində başlayan yanğına ərazi atəşə tutulduğundan müdaxilə etmək mümkün olmayıb.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR