Xameneinin nümayəndəsi: "Öz ərazilərini işğaldan azad etmək Azərbaycanın qanuni haqqıdır"

img

01-10-2020 [10:10]


Öz ərazilərini işğaldan azad etmək və geri almaq Azərbaycan dövlətinin tamamilə qanuni və dini haqqıdır.

Trend-in məlumatına görə, bu, İranın dini lideri Ayətullah Seyid Əli Xameneinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəməd Əli Al Haşim, Qərbi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Mehdi Qoreyşi, Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili və Zəncan vilayəti üzrə nümayəndəsi Əli Xatəminin birgə bəyanatında öz əksini tapıb.

İranın dini liderinin nümayəndələri birgə bəyanatda qeyd ediblər ki, Azərbaycan öz ərazilərini BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası istiqamətində geri alır.

Onlar əlavə ediblər ki, İran Azərbaycanın son qələbələrini alqışlayır, şəhidlərə rəhmət diləyir və ümid edir ki, bu məsələ tezliklə haqqın bərqərar olunması ilə həll olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR