Akar: "Yerevan regionda sülh və sabitliyə ən böyük əngəldir”

img

30-09-2020 [23:48]


“Ermənistanın Azərbaycana son hücumları Yerevanın regionda sülh və sabitliyə bir daha ən böyük əngəl olduğunu göstərdi”.

Bu sözləri Türkiyə Müdafiə Naziri Hulusi Akar "Türk-İngilis Anlaşma Mərkəzi (CBTU)" tərəfindən internet üzərindən təşkil edilən "Türkiyədə Qlobal və Regional Təhlükəsizlik Mühitinin Dəyişməsi" adlı proqramda sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu hücumlar açıq şəkildə beynəlxalq hüquqa ziddir və Türkiyə bunu qətiyyətlə pisləyir: "Qarabağ və ətraf bölgələrin qanunsuz işğalı Azərbaycanda bir milyondan çox insanın daxili köçkünə çevrilməsinə səbəb oldu. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəy olaraq dost ölkəni dəstəkləməyə davam edəcək"/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR