"Rusiya vasitəçilik səylərini davam etdirəcək" - Lavrov Ceyhun Bayramovla Mnatskanyanı Moskvaya dəvət etdi

img

30-09-2020 [20:19]


Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zohrab Mnatskanyanla ayrı-ayrılıqda telefonda danışıb.

Mia.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Lavrov tərəflərlə Qarabağdakı vəziyyəti müzakirə edib.

Rusiya XİN bildirib ki, Lavrov toqquşmalardan narahatlığını ifadə edərək, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik etməyə hazır olduğunu deyib.

O, bunun üçün tərəfləri Moskvaya dəvət edib: "Rusiya həm özü, həm də ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinə şərait yaratmağa yönəlmiş vasitəçilik səylərini davam etdirəcək".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR