ABŞ-ın hərbi qüvvələri kosmosa yerləşdirmə planı var

img

30-09-2020 [13:58]


ABŞ Kosmik Qüvvələri bir gün hərbi personalını kosmosa yerləşdirə bilər.

Bu barədə ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri general-mayor Con Şou bildirib.

“Nə vaxtsa, bəli, insanları kosmosa göndərəcəyik. Onlar hardasa Ay mühitində və ya başqa bir yerdə komanda mərkəzlərini idarə edə bilər”, - “Air Force Magazine” Şoudan sitat gətirib.

Qeyd edək ki, 2019-cu ilin dekabrında ABŞ-da Kosmik Qüvvələr yaradılıb və Con Reymond 2020-ci ilin yanvarında Kosmik Komandanlığın komandiri təyin edilib. Komandanlığın doktrinal sənədlərində, lazım gələrsə, ABŞ Kosmik Qüvvələrinin hücum əməliyyatları apara biləcəyi və Yerdə və kiberməkanda obyektlərə hücum edə biləcəyi bildirilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA