İranın Ermənistana silah daşınmasına yardımı qəzəblə qarşılandı: "İsraildə səfirlik açmalıyıq" - Deputatlardan etiraz

img

30-09-2020 [12:02]


“İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.

Mia.az “Report”a istinadla xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir: “Bu, onların şüuru və bizə yanaşmasıdır. Təklif edirəm ki, biz növbəti səfriliyimizi İsraildə açaq”.

Deputat Fəzail Ağamalı da İsraildə Azərbaycanın səfirliyinin açılmasına ciddi ehtiyacın duyulduğunu bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR