BMT Təhlükəsizlik Şurası təcili toplanıb - Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclas olub

img

30-09-2020 [09:49]


BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Məlumata görə, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15 daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər.

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR